...

Gürcüstan Suxumi ilə Moskva arasında uçuşlara icazə verilməsini beynəlxalq aviasiya konvensiyasının pozulması kimi qiymətləndirir

Dünya xəbərləri Materials 29 May 2010 14:28 (UTC +04:00)
Gürcüstan Rusiyanın Suxumi və Moskva arasındakı uçuşlara icazəsini Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyasının pozulması kimi qiymətləndirir.
Gürcüstan Suxumi ilə Moskva arasında uçuşlara icazə verilməsini beynəlxalq aviasiya konvensiyasının pozulması kimi qiymətləndirir

Gürcüstan,Tbilisi, 29 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Rusiyanın Suxumi və Moskva arasındakı uçuşlara icazəsini Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyasının pozulması kimi qiymətləndirir.

Gürcüstanın Vahid Nəqliyyat Administrasiyasının rəhbəri Georgi Çiçinadzenin bəyan etdiyi kimi, administrasiya tərəfindən atılan addımlar və Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT) ilə əməkdaşlığın nəticəsi olaraq, Suxumi hava limanına onun beynəlxalq yerini müəyyən edən kod verilməyib.

"Beynəlxalq Mülki Aviasiya Təşkilatı dəfələrlə Gürcüstanın ərazi bütövlüyü və onun hava məkanlarını tanıyıb. Verilən məlumatlara görə, Rusiya hökuməti RF-nin Moskva vilayətindən olan silahlı qüvvələrinin sərnişin təyyarələri vasitəsilə Suxumi hava limanı ilə hava əlaqələrini yaratmaq niyyətindədir", - Çiçinadze bildirib.

Onun sözlərinə görə, Gürcüstan və BMAT tərəfindən Rusiya ilə uçuşlara müvafiq icazənin verilməsi Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya, həmçinin BMT-nin qətnamələri və beynəlxalq hüquqların kobud şəkildə pozulması kimi qiymətləndiriləcək.

Xəbər lenti

Xəbər lenti