...

İran həbs edilmiş üç ABŞ vətəndaşını bu ölkədə həbsdə olan İran vətəndaşı ilə dəyişmir – İran XİN nümayəndəsi

Dünya xəbərləri Materials 8 İyun 2010 14:52 (UTC +04:00)
İran XİN-in rəsmi nümayəndəsi Ramin Mehmanpərəst mətbuat konfransında ABŞ-da həbsdə olan İran vətəndaşı Şahram Əmirinin İran ərazisində saxlanılan Amerika vətəndaşları ilə dəyişdiriləcəyi ehtimalı barədə məlumatları təkzib edib. Bu barədə Fars informasiya agentliyi məlumat yayıb.
İran həbs edilmiş üç ABŞ vətəndaşını bu ölkədə həbsdə olan İran vətəndaşı ilə dəyişmir – İran XİN nümayəndəsi

İran XİN-in rəsmi nümayəndəsi Ramin Mehmanpərəst mətbuat konfransında ABŞ-da həbsdə olan İran vətəndaşı Şahram Əmirinin İran ərazisində saxlanılan Amerika vətəndaşları ilə dəyişdiriləcəyi ehtimalı barədə məlumatları təkzib edib. Bu barədə Fars informasiya agentliyi məlumat yayıb.

Mehmanpərəstin sözlərinə görə, üç ABŞ vətəndaşının məhkəməsi davam edir.

İranın nüvə fiziki Əmiri 2009-cu ilin iyununda Səudiyyə Ərəbistanına Həcc ziyarətinə gəldikdən üç gün sonra itib.

Altı ay əvvəl İran - İraq sərhədində Amerika vətəndaşları olan Şin Baver, Coşua Fetal və Sara Şord həbs ediliblər. Onlar İran sərhədini qanunsuz keçməkdə və casusluqda günahlandırılırlar. Bu barədə rəsmi Tehran məlumat verib. Lakin ABŞ bəyan edir ki, saxlanılanlar sərhədi təsadüfən keçən alpinistlər və səyyahlardır.

Bundan əvvəl İranın Kəşfiyyat Xidmətinin rəisi Heydər Moslehi deyib ki, saxlanılan amerikalılar ABŞ həbsxanalarında olan İran vətəndaşları ilə dəyişdirilə bilərlər. Mayın sonlarında İran hakimiyyəti həbs olunan amerikalıların analarının öz övladları ilə görüşmələrinə imkan verib.

Xəbər lenti

Xəbər lenti