...

Misir İranın Qəzzaya gedən humanitar gəmiləri üçün dəniz yolunu açıb

Dünya xəbərləri Materials 18 İyun 2010 15:44 (UTC +04:00)
Misir İranın humanitar gəmilərinə Süveyş kanalı vasitəsilə Qəzza bölgəsinin limanına daxil olmağa icazə verib.
Misir İranın Qəzzaya gedən humanitar gəmiləri üçün dəniz yolunu açıb

Misir İranın humanitar gəmilərinə Süveyş kanalı vasitəsilə Qəzza bölgəsinin limanına daxil olmağa icazə verib. Məlumatı "Haberturk" türk saytı yayıb.

İranın Qızıl Aypara Cəmiyyəti İsrailin blokadada saxladığı Qəzza bölgəsinə üç humanitar yardım gəmisi göndərib. Ərzaq, dərman və zəruri məişət texnikası ilə dolu gəmilər Qəzza ilə Misir sərhədində yerləşən Rəffah məntəqəsinə gələcək. Bu, İsraildən yan keçməklə regiona yükləri çatdırmaq üçün yeganə imkandır. Bu barədə IRNA agentliyi xəbər yayıb.

Beynəlxalq humanitar gəmilərin Qəzzaya yardımı çatdırmaq üçün etdiyi əvvəlki cəhdlər uğursuzluqla nəticələnib.

İsrail mayın 31-də və iyunun 5-də Qəzzaya gedən humanitar yardım gəmilərini ələ keçirib. Mayın 31-də baş verən hadisə zamanı 9 nəfər Türkiyə və ABŞ vətəndaşı həlak olub.

Xəbər lenti

Xəbər lenti