...

Rusiya İrana qarşı sanksiyaların qəbulu zamanı dilemma qarşısında qalmışdı – rusiyalı parlamentari

Dünya xəbərləri Materials 12 İyul 2010 16:02 (UTC +04:00)
ABŞ-ın İrana qarşı birtərəfli sanksiyaları qəbuledilməzdir. Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komissiyasının sədri Konstantin Kosaçev belə deyib.
Rusiya İrana qarşı sanksiyaların qəbulu zamanı dilemma qarşısında qalmışdı – rusiyalı parlamentari

ABŞ-ın İrana qarşı birtərəfli sanksiyaları qəbuledilməzdir. Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komissiyasının sədri Konstantin Kosaçev belə deyib. Bu barədə IRNA agentliyinə istinadən Press TV xəbər verib.

Rusiyalı parlamentari bu bəyanatı İranın Rusiyadakı səfiri Mahmud Rza Səcari ilə görüşü zamanı verib.

O, İranın nüvə probleminin diplomatik yolla həllinə çağırıb.

Kosaçev deyib ki, onun ölkəsi BMT Təhlükəsizlik Şurasının İrana qarşı qətnaməsindəki sərt şərtlərin çıxarılması üçün əlindən gələn hər şeyi edib.

"Biz [Rusiya] qətnamələr qəbul olunarkən dilemma qarşısında qalmışdıq", - o deyib. "Biz ya bu qətnamələrə qarşı çıxmalı idik - o zaman Qərb ölkələri BMT TŞ hüdudlarından kənarda təcavüzkar və sərt ölçülər qəbul edə bilərdilər - ya da onlarla razılaşmalı idik", - Kosaçev qeyd edib.

"Biz hesab etdik ki, Qərbin sanksiyalarını idarə etmək imkanına malik olmaq üçün ikinci variantı seçmək daha məqsədəuyğundur", - o vurğulayıb.

İran səfiri öz növbəsində Rusiyanın qətnamələrə səs verməsi barədə qərarından narazılığını bildirib.

Görüş zamanı hər iki tərəf əməkdaşlığın inkişafının gələcək yollarını müzakirə ediblər, eləcə də qarşılıqlı münasibətlərdəki anlaşılmazlıqların aradan qaldırılmasının zəruriliyi barədə razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti