...

Türkiyə Prezidenti Misirə gedib

Dünya xəbərləri Materials 21 İyul 2010 10:45 (UTC +04:00)

Türkiyə Prezidenti Abdullah Gül çərşənbə axşamı ikigünlük işgüzar səfərlə Misirin paytaxtı Qahirəyə gedib. Bu barədə Anadolu agentliyi məlumat verib.

Abdulla Gül özünün misirli həmkarı Hüsnü Mübarəkin qonağı olacaq.

Prezidentlər Gül və Mübarək ikitərəfli görüşlər keçirəcəklər.

Prezident Gül, eləcə də Misir Hərbi Akademiyasında diplomların təqdim edilməsi mərasimində iştirak edəcək və Misirin yüksəkrütbəli hərbçiləri ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti