...

Region ölkələrinin sayıqlığı bütün düşmənləri məhv edəcək - İran Prezidenti

Dünya xəbərləri Materials 30 Avqust 2010 12:54 (UTC +04:00)
Regionda Livandan İrana qədər bütün dövlətlərin sayıqlığı düşmənləri məhv edəcək. Bu barədə İran Prezidenti Mahmud Əhmədinejad deyib. Məlumatı İSNA yayıb.
Region ölkələrinin sayıqlığı bütün düşmənləri məhv edəcək - İran Prezidenti

Regionda Livandan İrana qədər bütün dövlətlərin sayıqlığı düşmənləri məhv edəcək. Bu barədə İran Prezidenti Mahmud Əhmədinejad deyib. Məlumatı İSNA yayıb.

"İran və Livan hegemon dövlətlər və bəşəriyyətin düşmənlərinə qarşı ağır öhdəlik və vəzifələri bölüşürlər", - Prezident Tehranda "Əməl" Fələstin hərəkatının bir neçə nümayəndəsi ilə görüşdə bildirib.

İran Prezidenti deyib ki, "Düşmənlər Livanın bütövlüyü və birliyini dağıtmağa çalışırlar; lakin Livan müqavimət təşkilatları onların plan və əlbirliyini pozacaq".

Əhmədinejad əlavə edib ki, "İslam dünyasında vəziyyət region ölkələrinin daim müqaviməti və sayıqlığı nəticəsində sürətlə dəyişir".

Xəbər lenti

Xəbər lenti