...

Suriya Prezidenti İrana rəsmi səfər edəcək

Dünya xəbərləri Materials 31 Avqust 2010 14:59 (UTC +04:00)
Suriya Prezidenti Bəşər əl-Əsəd sentyabrın ikinci yarısında İrana rəsmi səfər edəcək. Bu barədə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ramin Mehmanpərəst deyib.
Suriya Prezidenti İrana rəsmi səfər edəcək

Suriya Prezidenti Bəşər əl-Əsəd sentyabrın ikinci yarısında İrana rəsmi səfər edəcək. Bu barədə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ramin Mehmanpərəst deyib.

İran və Suriya rəsmi şəxslərinin səfərləri Dəməşqlə Tehran arasında möhkəm strateji tərəfdaşlığın mövcud olduğuna işarədir, - MEHR agentliyi Mehmanpərəstə istinadən yazır.

XİN nümayəndəsi, həmçinin, qeyd edib ki, İranın xarici işlər naziri Mənuçöhr Möttəki İran, Misir və Kubanın sammitində iştirak etmək üçün Qahirəyə də işgüzar səfər edəcək. Möttəkinin səfər tarixi hələ dəqiqləşdirilməyib.

Xəbər lenti

Xəbər lenti