...

İsrail Qüdsün bir hissəsini fələstinlilərə verməyə hazırdır – müdafiə naziri

Dünya xəbərləri Materials 1 Sentyabr 2010 16:26 (UTC +04:00)
İsrailin müdafiə naziri Ehud Barak çərşənbə günü bəyan dib ki, onun ölkəsi gələcək Fələstin dövlətinin yaradılması üçün Qüdsün (Yerusəlim) əsasən ərəblərin məskunlaşdığı şərq hissəsini verməyə hazırdır.
İsrail Qüdsün bir hissəsini fələstinlilərə verməyə hazırdır – müdafiə naziri

İsrailin müdafiə naziri Ehud Barak çərşənbə günü bəyan dib ki, onun ölkəsi gələcək Fələstin dövlətinin yaradılması üçün Qüdsün (Yerusəlim) əsasən ərəblərin məskunlaşdığı şərq hissəsini verməyə hazırdır. Məlumatı Sinxua agentliyi yayıb.

Barakın bəyanatı Fələstin administrasiyasının rəhbəri ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında birbaşa danışıqlar fonunda səsləndirilib.

Barakın sözlərinə görə, istənilən sövdələşməyə Qüdsün müsəlmanlar, yəhudilər və xristianlar üçün müqəddəs olan yerlərində "xüsusi rejim"in yaradılması daxil ediləcək.

"Qərbi Qüds və 200 min nəfərin yaşadığı 12 yəhudi məhəlləsi bizdə qalacaq. Təxminən 4 milyon fələstinlinin yaşadığı ərəb rayonları onların [fələstinlilərin] olacaq", - Barak İsrailin "Haaretz" qəzetinə müsahibəsində bildirib.

Lakin İsrailin Baş naziri Netanyahu dəfələrlə bildirib ki, İsrailin bütöv paytaxt kimi baxdığı Qüdsün bölünməsi məsələsi Fələstin lideri Mahmud Abbasla danışıqlarda müzakirə olunmayacaq.

Xəbər lenti

Xəbər lenti