Türkiyədə Qərbi Nil qızdırmasına yoluxma halları aşkarlanıb. Bu barədə çərşənbə günü Səhiyyə Nazirliyindən verilən məlumatda deyilir. Məlumatı "CNN Turk" telekanalı yayıb.
Qərbi Nil qızdırması - ağcaqanadlarla yoluxan yoluxucu xəstəlikdir. Beyin qişasının iltihabı, selikli qişa və limfa damarlarının sistemli pozulması ilə xarakterizə olunur.