...

İran gizli nüvə obyektinin mövcudluğu barədə məlumatı təkzib edir

Dünya xəbərləri Materials 10 Sentyabr 2010 17:09 (UTC +04:00)
İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi paytaxt Tehranın yaxınlığında məxfi yeraltı atom obyektinin olması barədə iddiaları təkzib edib.
İran gizli nüvə obyektinin mövcudluğu barədə məlumatı təkzib edir

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi paytaxt Tehranın yaxınlığında məxfi yeraltı atom obyektinin olması barədə iddiaları təkzib edib. Məlumatı MEHR informasiya agentliyi yayıb.

"Xalq mücahidləri" təşkilatı cümə axşamı bəyan edib ki, onlarda ölkədə yeni məxfi yeraltı atom obyektinin mövcudluğu barədə sübutlar var.

Təşkilatın məlumatlarına əsasən, uranın zənginləşdirilməsi üçün nəzərdə tutulmuş obyekt Qəzvin şəhəri yaxınlığında (Tehrandan 120 km qərbdə) dağın altında yerləşdirilib və onun inşası, demək olar, 85 faiz başa çatıb.

"Bizim belə obyektimiz yoxdur, onlarda bu barədə hansısa məlumat varsa, bizə xəbər versinlər və onlara təşəkkür edək", - Salehi bildirib.

Xəbər lenti

Xəbər lenti