...

İranda məhbusların 50 faizi narkotik cinayətlərə görə həbs edilib - İran rəsmisi

Dünya xəbərləri Materials 13 Sentyabr 2010 12:59 (UTC +04:00)
Təəssüflər olsun, ölkədə məhbusların 50 faizi narkotik cinayətlərə görə həbs edilib. Bunu İranın Həbsxanalar Təşkilatının sədri Qulamhüseyn İsmaili deyib. Bu barədə FARS xəbər agentliyi məlumat verir.
İranda məhbusların 50 faizi narkotik cinayətlərə görə həbs edilib - İran rəsmisi

Təəssüflər olsun, ölkədə məhbusların 50 faizi narkotik cinayətlərə görə həbs edilib. Bunu İranın Həbsxanalar Təşkilatının sədri Qulamhüseyn İsmaili deyib. Bu barədə FARS xəbər agentliyi məlumat verir.

İsmailinin sözlərinə görə, məhbusların 20 faizi isə oğurluq cinayətinə görə həbs edilib. O əlavə edib ki, digər məhbuslar müxtəlif cinayətlərə görə tutulublar.

İran KİV-in məlumatına əsasən, hazırda İran zindanlarında 150 minə yaxın məhbusun saxlanıldığı bildirilir. İranda məhbusların sayı Asiya ölkələri və bütövlükdə dünya ölkələri ilə müqayisədə yüksəkdir. İranda hər 100 min nəfərə 200 məhbus düşür. Asiyada bu rəqəm 140-dır. Dünya üzrə, orta hesabla, hər 100 min nəfərə 184 məhbus düşür.

Xəbər lenti

Xəbər lenti