...

İran Prezidentinin Livana səfər tarixi açıqlanıb

Dünya xəbərləri Materials 16 Sentyabr 2010 18:28 (UTC +04:00)

İran Prezidenti Mahmud Əhmədinejad oktyabrın 13-də Livanın paytaxtı Beyruta rəsmi səfər edəcək. Bu barədə "Xinhua" agentliyi məlumat verib.

İkigünlük səfəri zamanı Əhmədinejad livanlı həmkarı Mişel Süleyman, parlament spikeri Nabiho Berri və Baş nazir Saad əl-Həriri ilə danışıqlar aparacaq. Bundan başqa, İran Prezidenti Livanın "Hizbullah" şiə partiyasının baş katibi Həsən Nəsrullah, həmçinin digər qruplaşmaların liderləri ilə də görüşəcək.

Əhmədinejad səfərinin ikinci günündə 2006-cı ilin iyulunda "Hizbullah" və İsrail arasında ikinci Livan müharibəsindən sonra mərkəzə çevrilən Livanın cənubunda Mərvan ər-Ras şəhərinə səfər edəcək.

Xəbər lenti

Xəbər lenti