...

Türkiyənin İsraildəki səfirliyinə içərisində naməlum ağ toz olan zərf göndərilib

Dünya xəbərləri Materials 20 Sentyabr 2010 17:39 (UTC +04:00)
Bazar ertəsi Türkiyənin Təl-Əvivdəki səfirliyinə içərisində naməlum ağ toz olan zərf göndərilib. Bu, səfirliyin əməkdaşlarında və təhlükəsizlik xidmətində qorxu yaradıb.

Bazar ertəsi Türkiyənin Təl-Əvivdəki səfirliyinə içərisində naməlum ağ toz olan zərf göndərilib. Bu, səfirliyin əməkdaşlarında və təhlükəsizlik xidmətində qorxu yaradıb. Bu barədə "Dunya Bulletin" saytı məlumat verib.

İsrailin təhlükəsizlik xidməti və ekspertlər naməlum maddənin öyrənilməsinə başlayıblar. Eləcə də təcili yardım və yanğınsöndürən xidməti göndərilib. Səhər səfirliyə çatdırılan zərfin kim tərəfindən göndərildiyi hələlik məlum deyil.

Analoji hadisə ötən həftə İspaniya və İsveçin Təl-Əvivdəki səfirliklərində də baş verib.

Xəbər lenti

Xəbər lenti