...

Türkiyədə konstitusiya referendumunun yekun nəticələri elan edilib

Dünya xəbərləri Materials 23 Sentyabr 2010 12:09 (UTC +04:00)
Türkiyə hökuməti cümə axşamı sentyabrın 12-də keçirilən konstitusiyaya düzəlişlərlə bağlı referendumun yekun rəsmi nəticələrini elan edib. Bu barədə "CNN Turk" telekanalının saytı məlumat verib.
Türkiyədə konstitusiya referendumunun yekun nəticələri elan edilib

Türkiyə hökuməti cümə axşamı sentyabrın 12-də keçirilən konstitusiyaya düzəlişlərlə bağlı referendumun yekun rəsmi nəticələrini elan edib. Bu barədə "CNN Turk" telekanalının saytı məlumat verib.

Rəsmi nəticələrə görə, konstitusiyanın 26 maddəsinin dəyişikliklər paketinə seçicilərin 57,88 faizi, əleyhinə 42,12 faizi səs verib.

Bundan əvvəl verilən xəbərə görə, referendumda seçicilərin 58 faizi konstitusiya dəyişikliklərinə "hə" deyib, 41,98 faiz isə əleyhinə səs verib.

Seçicilərin ümumi iştirakı, əsasən, kürdlərin kompakt yaşadığı rayonlarda xüsusilə fəal olmaqla 77,55 faiz təşkil edib.

May ayında Türkiyə Parlamenti tərəfindən qəbul olunmuş Konstitusiyaya düzəlişlər paketinə 1980-ci ildə hərbi çevrilişdən sonra qəbul olunmuş mövcud konstitusiyaya 26 dəyişiklik daxildir. Onlar hüquq məhkəməsi, xüsusilə də Konstitusiya Məhkəməsi, məhkəmə və prokurorların ali məhkəməsi sisteminin islah edilməsi, hərbi vətəndaş məhkəmə instansiyaları ilə bağlı cinayət işlərinin qaldırılmasını nəzərdə tutur, Apelyasiya Məhkəməsindən parlamentə siyasi partiyaların buraxılması haqqında işlərin aparılmasına səlahiyyət verir. Bundan başqa, Konstitusiya islahatı Obmudsman İnstitutunun yaradılmasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti