...

Türkiyə İsraili məskənlərin tikintisi üzrə moratoriumun müddətini uzatmağa çağırıb

Dünya xəbərləri Materials 28 Sentyabr 2010 11:26 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çərşənbə axşamı İsrail rəhbərliyini İordan çayının qərb sahilində yəhudi yaşayış məskənlərinin tikintisinə qoyulan və müddəti bazar günü başa çatan qadağanın vaxtını uzatmağa çağırıb.
Türkiyə İsraili məskənlərin tikintisi üzrə moratoriumun müddətini uzatmağa çağırıb

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çərşənbə axşamı İsrail rəhbərliyini İordan çayının qərb sahilində yəhudi yaşayış məskənlərinin tikintisinə qoyulan və müddəti bazar günü başa çatan qadağanın vaxtını uzatmağa çağırıb. Bu barədə "CNN Turk" telekanalının saytı məlumat verib.

"Türkiyə Fələstinlə İsrail arasında sülh danışıqlarının davam etdirilməsinə böyük önəm verir, lakin hər iki tərəf eyni dərəcədə istək və cəhdlərini nümayiş etdirməlidirlər", - Davudoğlu Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən mətbuat konfransında bəyan edib.

Eyni vaxtda vasitəçiliyi ilə birbaşa danışıqların iki mərhələsinin keçirildiyi Yaxın Şərq dördlüyü - RF, BMT, ABŞ və Aİ də İsrailə işğal olunmuş ərazilərdə yaşayış məskənlərinin tikintisinə qoyulan qadağanın vaxtının uzadılması çağırışı ilə müraciət edib.

Fələstin rəhbərliyinin məskənlərin tikintisi dayandırılmayanadək danışıqlar masası arxasına əyləşməkdən imtina etməsinə baxmayaraq, İsrail hökuməti moratoriumun müddətini uzatmaq fikrində deyil.

Artıq bazar ertəsindən etibarən, qərb sahilindəki işğal olunmuş ərazilərdə tikinti işlərinə başlanılıb.

Türkiyənin xarici işlər naziri Davudoğlu xatırladıb ki, sülh dialoqunun davam etməsinə baxmayaraq, məskənlərin tikintisi sülh danışıqlarında başlıca problemlərdən biri olaraq qalır.

Xəbər lenti

Xəbər lenti