...

Misir təyyarəsi Tehranda yerə enib

Dünya xəbərləri Materials 6 Oktyabr 2010 11:48 (UTC +04:00)
Otuzillik fasilədən sonra İranla Misir arasında uçuşların bərpası haqqında sazişin imzalanması nəticəsində ilk Misir təyyarəsi Tehranda yerə enib. Bu barədə Press-TV IRNA agentliyinə istinadən məlumat verib.
Misir təyyarəsi Tehranda yerə enib

Otuzillik fasilədən sonra İranla Misir arasında uçuşların bərpası haqqında sazişin imzalanması nəticəsində ilk Misir təyyarəsi Tehranda yerə enib. Bu barədə Press-TV IRNA agentliyinə istinadən məlumat verib.

Göyərtəsində İranın vitse-prezidenti Hamin Bəqai və onu müşayiət edən nümayəndə heyətinin olduğu, "Smart" aviaşirkətinə məxsus təyyarə çərşənbə axşamı gecə İmam Xomeyni Beynəlxalq Hava Limanında yerə enib.

Eyni zamanda, mədəni irs, sənətkarlıq və turizm təşkilatının rəhbəri funksiyalarını icra edən Bəqai və Misirin mülki aviasiya naziri Əhməd Şəfiq bazar günü Qahirədə iki ölkə arasında qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

Saziş Qahirə ilə Tehran arasında həftədə 28 reysin həyata keçirilməsini nəzərdə tutur.

Misir XİN başçısı Hüsam Zəki deyib ki, bu saziş ölkələr arasında iqtisadi əlaqələri gücləndirəcək.

Tehran və Qahirə arasında diplomatik münasibətlər İranda 1979-cu il inqilabından sonra pozulub. Buna səbəb o zaman Misir Prezidenti Ənvər Sadatın devrilmiş İran şahı Məhəmməd Rza Pəhləviyə sığınacaq verməsi olub.

Xəbər lenti

Xəbər lenti