...

İran başqa ölkələrlə münasibətlərin ədalət və bərabərlik prinsipi əsasında inkişafını alqışlayır – Mahmud Əhmədinejad

Dünya xəbərləri Materials 28 Oktyabr 2010 16:51 (UTC +04:00)
İran İslam Respublikası başqa ölkələrlə münasibətlərin ədalət və bərabərlik prinsipi əsasında inkişafını alqışlayır. Bunu İran prezidenti Mahmud Əhmədinejad Tehranda Danimarka Krallığının yeni səfiri Anders Xristian Xuqardın etimadnaməsini qəbul etdikdən sonra keçirdiyi görüşdə bildirib.
İran başqa ölkələrlə münasibətlərin ədalət və bərabərlik prinsipi əsasında inkişafını alqışlayır – Mahmud Əhmədinejad

İran İslam Respublikası başqa ölkələrlə münasibətlərin ədalət və bərabərlik prinsipi əsasında inkişafını alqışlayır. Bunu İran prezidenti Mahmud Əhmədinejad Tehranda Danimarka Krallığının yeni səfiri Anders Xristian Xuqardın etimadnaməsini qəbul etdikdən sonra keçirdiyi görüşdə bildirib. Bu barədə Press TV xəbər verir.

Səfir Tehranla ikitərəfli münasibətləri yüksək qiymətləndirib və bəyan edib ki, İran və Danimarka gələcəkdə də əlaqələri inkişaf etdirə bilərlər.

Həmin gün Əhmədinejad Polşa və Keniyanın yeni səfirlərinin etimadnamələrini qəbul edib.

İran rəhbəri qeyd edib ki, İranla Polşa arasında münasibətlərdə "heç bir mənfi məqamlar olmayıb" və ikitərəfli əməkdaşlığın inkişafını alqışlayıb.

O, Polşanın sədrliyi dövründə Avropa İttifaqının balanslaşdırılmış yanaşma tətbiq edəcəyinə ümidini ifadə edib.

Əhmədihejad eləcə də, İran-Keniya əlaqələrinin inkişaf etdiyini qeyd edib və iki ölkə arasında münasibətləri "qardaş" münasibətlər adlandırıb.

Xəbər lenti

Xəbər lenti