...

İran region ölkələri ilə hərbi-dəniz əməkdaşlığına hazırdır – HDQ-nin baş komandanı

Dünya xəbərləri Materials 1 Noyabr 2010 16:05 (UTC +04:00)

İran region ölkələri ilə hərbi-dəniz əməkdaşlığına hazırdır. Bu barədə İran Hərbi Dəniz Qüvvələrinin baş komandanı kontr-admiral Həbibullah Səyyari bildirib. Məlumatı ISNA agentliyi yayıb.

"Biz regionda təhlükəsizliyin təmin olunması üçün region ölkələri ilə əməkdaşlığı genişləndirə bilərik, - o deyib. - Biz həmişə təkrar edirik ki, təhlükəsizliyin təmin olunması üçün regionda xarici qüvvələrin olmasına ehtiyac yoxdur, onların olması İraq və Əfqanıstandakı kimi daha çox iğtişaşların baş verməsinə gətirib çıxarır".

Xəbər lenti

Xəbər lenti