...

İran müxalifətinin liderləri Xamneyinin bəyanatını pisləyiblər

Dünya xəbərləri Materials 1 Noyabr 2010 17:57 (UTC +04:00)
İran müxalifətinin liderləri Mehdi Kərrubi və Mir Hüseyn Musəvi ayətullah Əli Xamneyinin prezident seçkisinin nəticələrini tanımayanları "mikrob" adlandırmasını pisləyib və bildiriblər ki, milyonlarla əhaliyə "mikrob" demək ölkənin xeyrinə deyil.
İran müxalifətinin liderləri Xamneyinin bəyanatını pisləyiblər

İran müxalifətinin liderləri Mehdi KərrubiMir Hüseyn Musəvi ayətullah Əli Xamneyinin prezident seçkisinin nəticələrini tanımayanları "mikrob" adlandırmasını pisləyib və bildiriblər ki, milyonlarla əhaliyə "mikrob" demək ölkənin xeyrinə deyil. Məlumatı Mehdi Kərrubinin rəhbərlik etdiyi (fəaliyyətinə qadağa qoyulmuş) Milli Etimad Partiyasının rəsmi saytı /sahamnews.org/ yayıb.

Oktyabrın 31-də müxalifət liderlərinin görüşü olub. Musəvi hakimiyyəti "yalan danışmaq", "ölkə iqtisadiyyatını iflic vəziyyətinə salmaq" və "təhlükəsizlik qüvvələri vasitəsilə xalqı susdurmaq"da ittiham edib. Kərrubi isə bildirib ki, Əhmədinejad hakimiyyəti saxta yolla işə gəldi və dövlət büdcəsi ilə mediaları maliyyələşdirib, ölkədə yalan məlumatlar yayır.

Ayətullah Xamneyi oktyabrın 26-da Qum şəhərinə səfəri zamanı çıxışında bildirmişdi ki, bəzi adamlar İran İslam İnqilabından ayrı düşərək əks-inqilabçıların məfafeyinə xidmət edirlər. Xamneyi ötən ilin iyun ayında keçirilmiş seçkiləri saxta adlandıran müxalifət liderləri haqqında bildirib ki, onlar vəzifə, şəhvət və dünya malı üçün çalışırlar. İranın dini lideri müxalifəti "mikrob" adlandırıb.

Ötən il iyunun 12-də keçirilmiş prezident seçkilərinin rəsmi yekunlarına görə, İranın hazırkı Prezidenti Mahmud Əhmədinejad 62,63 faiz səs toplayıb. Onun əsas rəqibi olan Mir Hüseyn Musəvi isə 33,75 faiz səs toplaya bilib.

Musəvinin tərəfdarları hökuməti seçkilərin nəticələrini saxtalaşdırmaqda ittiham edərək, onların ləğv olunmasını tələb ediblər. Kütləvi etiraz aksiyaları polislə ciddi toqquşmalara gətirb çıxarıb. Nəticədə bir neçə fəal həlak olub, 1 032 fəal həbs olunub. Sonradan onların bəziləri azad edilib.

Xəbər lenti

Xəbər lenti