...

İran ölkədə istehsal olunan S-300 sistemlərinin sınağını keçirəcək - briqada generalı

Dünya xəbərləri Materials 10 Noyabr 2010 18:49 (UTC +04:00)

İran yaxın vaxtlarda ölkədə istehsal olunan S-300 raket hücumundan müdafiə sistemlərinin sınağını keçirəcək. Sınaqlar Rusiyanın bu sistemləri Tehrana satmaqdan imtina etməsinə cavab olaraq keçirilir. Bu barədə çərşənbə günü İranın Hava Hücumundan Müdafiə Qərargahının rəis müavini, briqada generalı Məhəmməd Həsən Mənsuriyan deyib. Məlumatı IRNA agentliyinə istinadən ILNA yayıb.

"Bizim təhlükəsizlik tələblərimizin bir hissəsini təmin etmək üçün Rusiyadan S-300 almaqla bağlı planlarımız var idi. Lakin ABŞ və İsrailin təzyiqi altında [Rusiya] BMT Təhlükəsizlik Şurasının 1929 saylı qətnaməsini bəhanə gətirərək sistemi İrana satmaqdan imtina etdi", - o deyib.

Onun sözlərinə görə, hazırda oxşar S-300 sistemlərinin səhra sınaqları keçirilir, bundan başqa, digər uzaqmənzilli sistemlər işlənmə və istehsal prosesindədir.

Prezident Dmitri Medvedev cari ilin sentyabrında BMT Təhlükəsizlik Şurasının sanksiyaları səbəbindən İrana S-300 raket əleyhinə müdafiə sisteminin satışının qadağan edilməsi haqqında fərman imzalayıb. Prezidentin fərmanı İrana tank, artilleriya silahları, hərbi gəmilər, vertolyot və RHM sisteminin satışını qadağan edib.

Xəbər lenti

Xəbər lenti