...

"WikiLeaks" saytı DDOS-hücum nəticəsində domendən məhrum olub - provayder

Dünya xəbərləri Materials 3 Dekabr 2010 12:05 (UTC +04:00)
Cümə günü qalmaqalları ilə məşhur olan "WikiLeaks" saytı DDOS-hücum nəticəsində domendən məhrum olub. Bu barədə Amerikanın "EveryDNS" şirkətinin DNS xidmətləri provayderinin saytında məlumat verilib. Xəbəri RİA Novosti yayıb.
"WikiLeaks" saytı DDOS-hücum nəticəsində domendən məhrum olub - provayder

Cümə günü qalmaqalları ilə məşhur olan "WikiLeaks" saytı DDOS-hücum nəticəsində domendən məhrum olub. Bu barədə Amerikanın "EveryDNS" şirkətinin DNS xidmətləri provayderinin saytında məlumat verilib. Xəbəri RİA Novosti yayıb.

"...Wikileaks.org çoxsaylı DDOS-hücumların (çoxlu sayda kompüterlərdən bir nöqtəyə yönəldilmiş yalan sorğular) hədəfinə çevrilib. Bu hücumlar, eləcə də gələcəkdə buna bənzər mümkün həmlələr demək olar 500 mindən artıq digər veb-saytlara girişə imkan verən EveryDNS.net infrastrukturunun sabitliyini təhdid edir. Bununla əlaqədar, ötən axşam, dekabrın 1-də, ABŞ-ın şərq sahilləri vaxtı ilə təxminən saat 22:00-da Wikileaks.org saytına elektron poçtla onun fəaliyyətinin 24 saat ərzində bağlanacağı barədə xəbərdarlıq göndərilib", - portal Amerikanın "EveryDNS" şirkətinin bəyanatından sitat gətirir.

"Twitter" sosial şəbəkəsi saytının mikrobloqunda deyildiyi kimi, "WikiLeaks.org"un domeni Amerikanın "everydns.net" servisi tərəfindən "öldürülüb"...". Haker hücumları nəticəsində sayt bütün dünyadakı istifadəçilər üçün bağlanıb.

Məxfi materialların çap edilməsi üzrə ixtisaslaşan "WikiLeaks" saytı tərəfindən ABŞ-ın müxtəlif ölkələrdəki diplomatik missiyalarından 250 min məxfi diplomatik məktub və teleqram "New York Times"a və bir sıra ABŞ və Avropa KİV-nə ötürülüb.

"Tam məxfi" qrifinin olduğu sənədlərdə Prezident Barak Obama administrasiyasının böhran və münaqişələrlə bağlı yazışmasının detalları açıqlanır, ABŞ diplomatlarının müsəlman ölkələrinin prezidentləri və Avropa liderləri haqqında kəskin fikirləri səslənir, güya müxtəlif ölkələrin liderlərinin ABŞ-ın dövlət qulluqçuları ilə apardıqları şəxsi söhbətlər və dövlət katibi Hillari Klintonun Təhlükəsizlik Şurasının Rusiya, Çin, Fransa və Böyük Britaniyadan olan üzvlərinin izlənilməsinin təşkil edilməsi barədə sorğusu yer alır.

Xəbər lenti

Xəbər lenti