...

BAEA İrana müfəttişlər əvəzinə casuslar göndərir – milli təhlükəsizlik naziri

Dünya xəbərləri Materials 4 Dekabr 2010 14:52 (UTC +04:00)
BAEA İrana müfəttişlər əvəzinə casuslar göndərir. Bu barədə İranın milli təhlükəsizlik naziri Heydər Müslehi bildirib. Xəbəri IRNA yayıb.
BAEA İrana müfəttişlər əvəzinə casuslar göndərir – milli təhlükəsizlik naziri

BAEA İrana müfəttişlər əvəzinə casuslar göndərir. Bu barədə İranın milli təhlükəsizlik naziri Heydər Müslehi bildirib. Xəbəri IRNA yayıb.

Onun sözlərinə görə, BAEA iranlı nüvə alimlərinin adlarının siyahısını açıqlayıb və həmin siyahı BMT Təhlükəsizlik Şurasının qətnaməsində dərc olunub ki, bu da xarici kəşfiyyat xidmətlərinin əməkdaşlarına terror aktlarının törədilməsini asanlaşdırıb.

Cümə günü Müsləhi xəbər vermişdi ki, Tehranda baş verən partlayışlara görə məsuliyyət daşıyan və məşhur nüvə aliminin ölümündə şübhəli bilinən şəxslər saxlanılıb. Onun sözlərinə görə, bu partlayışların arxasında İsrailin "Mossad", Böyük Britaniyanın "Mİ6" və ABŞ-ın MKİ kəşfiyyat idarələri durur.

Noyabrın 29-da Tehranda iki ali məktəb müəlliminin olduğu avtomobillər partladılıb. Partlayışlar səhər saat 07:00-08:00 radələrində müəllimlərin öz ailə üzvləri ilə birgə işə getmək üçün evdən çıxdıqları vaxt baş verib. Tehranın şimalındakı Şəhid Behişti Universitetinin yaxınlığında baş vermiş terror aktı nəticəsində bu ali məktəbin müəllimi Məcid Şəhriyari həlak olub, həyat yoldaşı və daha bir sərnişin ağır yaralanıb. Şəhid Behişti Universitetinin digər müəllimi Firudin Abbasi və onun həyat yoldaşı isə Ərteş xiyabanı yaxınlığında baş verən partlayışda yaralanıblar. Məlumata əsasən, alimlərin hər ikisi İranın nüvə texnologiyaları sahəsində çalışıblar. BMT Təhlükəsizlik Şurasının 1747 saylı qətnaməsində sanksiya tətbiq edilən şəxslər siyahısında Firudin Abbasinin də adı var.

İranın rəsmi şəxsləri ABŞ, İsrail, Böyük Britaniya və NATO kəşfiyyatını noyabrın 29-da iki tehranlı müəllimə qarşı yönələn terror aktlarında bilavasitə və ya dolayısı ilə əli olmaqda günahlandırırlar.

İran BAEA-nın müfəttişlərinin ölkəyə gəlişinə dəfələrlə mane olub. İmtina ilə bağlı sonuncu insident BAEA İdarəçiləri Şurasının növbəti iclasından əvvəl Tehranın iki təcrübəli mütəxəssisi öz obyektlərinə buraxmaqdan imtina etməsi, onları özünün nüvə proqramı haqqında "doğru olmayan informasiya" verməkdə günahlandıran zaman baş verib.

Xəbər lenti

Xəbər lenti