Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Avropa İttifaqının xarici əlaqələr üzrə komissarı Ketrin Eştonla telefon danışığı aparıb. Məlumatı Türkiyənin dövlət telekanalı TRT-nin rus xidməti yayıb.
Danışıqlar zamanı İranın nüvə proqramı ətrafında vəziyyət müzakirə olunub.
Bundan əvvəl Davudoğlu Bəhreyndə iranlı həmkarı Mənüçöhr Müttəki ilə görüşüb.