...

İsrailin "Azadlıq donanması"na hücum zamanı həlak olanların qohumlarına kompensasiya ödəmək təklifi nəzəri xarakter daşıyır – Davudoğlu

Dünya xəbərləri Materials 9 Dekabr 2010 18:46 (UTC +04:00)

İsrailin mayın 31-də "Azadlıq donanması"na hücum zamanı həlak olan türklərin qohumlarına kompensasiya ödəmək təklifi haqqında məlumatlar nəzəri xarakter daşıyır. Bu barədə cümə axşamı mətbuat konfransında Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. Məlumatı CNN Türk telekanalı yayıb.

Cümə axşamı "Royter" informasiya agentliyi xəbər verib ki, İsrail mayın 31-də "Azadlıq donanması"na basqın zamanı həlak olan türklərin qohumlarına kompensasiya ödəmək və əvəzində bu faktla bağlı İsrail donanmasına qarşı məhkəmə işində Ankaranın yardımını təklif etmək təşəbbüsü ilə çıxış edib.

Məlumata əsasən, təklif ötən bazar Cenevrədə türkiyəli həmkarları ilə keçirilən görüş zamanı İsrail nümayəndələrinin müzakirəsinə verilib, lakin Türkiyə tərəfindən qəbul edilməyib. Belə ki, Türkiyə kompensasiya ilə yanaşı, rəsmi üzr istəməyi də tələb edir.

"Biz kompensasiya barədə təkliflər etmişik və Türkiyə tərəfindən hüquqi problemlərimizin həlli üçün bütün lazımi işləri görməyi xahiş etmişik. Biz həmçinin istəyirik ki, Türkiyə tərəfi öz səfirini qaytarsın və Ankarada yeni səfirimizi təyin etməyə bizə icazə versin", - "Royter" İsrailin rəsmi nümayəndəsindən sitat gətirib.

Diplomatik mənbələrdən verilən məlumata görə, İsrail hər ailəyə 100 min dollar təklif edib və hadisə ilə bağlı təəssüf hissini ifadə edib. "Royter" xəbər verir.

İsrailin humanitar yardım aparan donanmaya doqquz türkün həlak olmasına səbəb olan hücumu yaxın keçmişdə hərbi-siyasi sahədə sıx əməkdaşlıq edən Türkiyə və İsrail arasında münasibətləri dərhal kəskinləşdirib. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bu hadisədən sonra dəfələrlə İsraili "dövlət terrorçuluğu"nda günahlandırıb, rəsmi üzr istəməyi və həlak olan türklərin ailələrinə kompensasiya ödəməyi tələb edib.

Xəbər lenti

Xəbər lenti