İranın Atom Enerjisi Təşkilatı rəhbərinin müavini Məhəmməd Əhmədian müvəqqəti olaraq təşkilat rəhbərinin səlahiyyətlərinin icraçısı təyin edilib. Bu barədə "Hamshahri" qəzeti yazır.
Əhmədian İran XİN rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edən Əli Əkbər Salehi tərəfindən təyin olunub.
Bazar ertəsi İran Prezidenti Mahmud Əhmədinejadın sərəncamı ilə ölkənin xarici işlər naziri Mənüçöhr Müttəki vəzifəsindən çıxarılıb. Müttəki demək olar, yeddi il xarici siyasət idarəsi başçısının səlahiyyətlərini icra edib. O, bu vəzifəyə Əhmədinejadın birinci prezidentliyi dövründə təyin edilmişdi.