...

Pakistan "Cundullah" liderinin həbsi faktı ilə bağlı yeni məlumat verməyib – İran DİN rəhbəri

Dünya xəbərləri Materials 29 Dekabr 2010 14:53 (UTC +04:00)
Pakistan "Cundullah"ın liderinin həbsi faktı ilə bağlı yeni məlumat verməyib.
Pakistan "Cundullah" liderinin həbsi faktı ilə bağlı yeni məlumat verməyib – İran DİN rəhbəri

Pakistan "Cundullah"ın liderinin həbsi faktı ilə bağlı yeni məlumat verməyib. Bu barədə İran DİN rəhbəriı Mustafa Məhəmməd Nəccar bildirib. Xəbəri İSNA agentliyi yayıb.

"Bəzi elektron KİV bu adamın həbsi haqqında məlumat verib, lakin Pakistan DİN rəhbəri Rəhman Malik bu məlumatların heç birini təsdiqləməyib. Pakistan İrana yeni məlumatlar təqdim etməli idi, lakin indiyədək yeni məlumatlar daxil olmayıb", - Nəccar bildirib.

Onun sözlərinə görə, Pakistandakı bəzi terroçu qruplar xarici casus şəbəkələri tərəfindən maliyyələşdirilirlər.

Nəccar əlavə edib ki, hazırlıq səviyyələri, təchizatları və etirafları sübut edir ki, onları xarici casus şəbəkəsi dəstəkləyir.

Cümə günü IRNA agentliyi Pakistan KİV-inə istinadən xəbər verib ki, "Cundullah" qruplaşmasının rəhbəri Əbdülrauf Riqi dekabrın 23-də axşam həbs olunub. Məlumata görə, Riqi mətbuat katibi səlahiyyətlərinin icraçısıdır.

ILNA agentliyinin məlumatına görə, Pakistanın rəsmi nümayəndələri "Cundullah" qruplaşmasının rəhbəri Əbdülrauf Riqinin həbsi barədə məlumatı təkzib ediblər.

Daha sonra Pakistandakı naməlum mənbələr Əbdülrauf Riqinin deyil, "Cundullah" qruplaşmasının rəhbəri Məhəmmədzahir Bəlucun həbs edildiyini təsdiqləyiblər.

Bəluç sünnilərinin təşkilatı olan "Cundullah" ("Allahın döyüşçüləri") qruplaşması 2003-cü ildə yaradılıb və İranda, eləcə də qonşu Pakistandakı Bəluçistan əyalətində fəaliyyət göstərir. İran hakimiyyəti "Cundullah"ı kütləvi qətllər, silahlı basqınlar, adam oğurluqları, partlayış və təxribatlar törətməkdə günahlandırır. Tehran bəyan edir ki, "Cundullah" qruplaşması ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanları ilə əlbirdir.

Sistan və Bəluçistan əyalətində əhalinin əksəriyyətini sünnilər (islamda nisbətən daha çoysaylı cərəyanın ardıcılları) təşkil edir. İranda sünnilər azlıq təşkil edir.

"Cundullah" lideri Əbdülmalik Riqi 2010-cu il iyunun sonlarında İranda edam olunub. O, 2010-cu il fevralın 23-də Dubaydan Qırğızıstana gedən təyyarənin göyərtəsində həbs edilib.

Dekabrın 15-də İranın Sistan və Bəluçistan əyalətinin Çabahar şəhərində İmam Hüseyn məscidinin yaxınlığında baş vermiş terror aktı nəticəsində imamın vəfatının ilönümü ilə əlaqədar

Xəbər lenti

Xəbər lenti