...

Türkiyədə hərbi yük avtomobili aşıb, həlak olanlar var (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 19 Yanvar 2011 12:41 (UTC +04:00)

Ölənlərin sayı barədə məlumat əlavə olunub, mənbə dəyişib

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Çərşənbə günü Türkiyənin cənub-şərqində yerləşən Adıyaman əyalətində hərbi yük avtomobili aşıb. Bu barədə Trend "Sabah" qəzetinə istinadən xəbər verir.

İlkin məlumatlara görə, iki türk əsgəri həlak olub, 16-sı ağır yaralanıb.

Ölənlərin sayının artacağı güman edilir. Qəzanın səbəbi məlum deyil.

Xəbər lenti

Xəbər lenti