...

Güclü yağış İranın Kirman əyalətində daşqınlara səbəb olub

Dünya xəbərləri Materials 2 Fevral 2011 16:22 (UTC +04:00)

Ötən iki gün ərzində güclü yağış İranın Kirman əyalətində daşqınlara səbəb olub, bir neçə kəndə ziyan vurub. Bunu İranın Kirman əyalətinin Qırmızı Aypara Cəmiyyətinin direktoru Kavus Mahmudi deyib. Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat verir.

Mahmudi əlavə edib ki, sel Kirman əyalətinin Riqan, Fəhruc, Ənbərabad, Kohnuc, Rudbar, Şəhrbabək, Bərdsir, Sircan şəhərlərinin kəndlərində yüzlərlə evin su altında qalmasına səbəb olub.

Onun sözlərinə görə, daşqınlardan ziyan görmüş kəndlərə ərzaq, adyal və çadırlar çatdırılıb, yardımlar davam etdirilir.

Məlumata əsasən, sel evlərə, kənd təsərrüfatına, rabitə, elektrik xətlərinə və yollara ziyan vursa da,  daşqınlar nəticəsində ölən və yaralanan olmayıb.

Xəbər lenti

Xəbər lenti