Başlıq dəyişdirilib, yeni məlumatlar əlavə olunub (ilk xəbər dünən saat 12:50-də yayılıb)
Yaponiyanın "Fukusima-1" AES-in ikinci reaktorunun soyutma sistemi dayanıb, mayenin soyuma səviyyəsi düşür. Trend-in məlumatına görə, bu barədə "Röyter" agentliyi Yaponiyanın "Jiji" agentliyinə istinadən xəbər yayıb.
Hələlik daha ətraflı məlumat daxil olmayıb. Bu barədə "RİA Novosti" yazır .
Bir müddət əvvəl Miyaqi prefekturasında baş vermiş dağıdıcı zəlzələdən zərər çəkən "Fukusima-1" AES-in birinci və üçüncü reaktorlarında da partlayışlar baş verib.
Martın 11-də Yaponiya da 9,0 bal gücündə zəlzələ baş verib , o, hündürlüyü on metrdən çox olan sunami yaradıb. Tezliklə elə həmin rayonda gücü 6,0 baldan yuxarı olan daha bir neçə güclü yeraltı təkan qeydə alınıb.
Şənbə günü Yaponiyanın "Fukusima-1" AES-ın birinci blokunun yanında radioaktiv sezium aşkar olunub. Trend-in məlumatına görə, bu isə hər şeydən göründüyü kimi, reaktorun özəyindəki yanacağın əriməsi deməkdir. Bu barədə "Kiodo" agentliyi reaktorun soyudulması üzərində işləyən mütəxəssislərə istinadən məlumat verib.
Sonra "Fukusima-1" AES-in birinci blokunun ərazisində partlayış səsi eşidilib. On dəqiqədən sonra ağ tüstü görünüb. Xəbəri "Tokyo Electricity Company" yayıb.
"Frans Press" agentliyi Yaponiya KİV-ə istınadən AES-də həqiqətən də partlayışın baş verdiyini xəbər verib.
Hazırda AES ətrafında on kilometrlik zonadan sakinlər köçürülüb. Məlumatı "RİA Novosti" yayıb.