...

PKK-nın İran qolu Kürdistan əyalətindəki terror aktlarını üzərinə götürüb

Dünya xəbərləri Materials 4 Aprel 2011 13:16 (UTC +04:00)
PKK terror qruplaşmasının İran cinahı olan "Pejak" İranın Kürdistan əyalətinin Mərivan şəhərində aprelin 2-də baş vermiş teror aktının məsuliyyətini öz üzərinə götürüb. Bu barədə Trend İranın /tabnak.ir/ saytına istinadən məlumat verir.
PKK-nın İran qolu Kürdistan əyalətindəki terror aktlarını üzərinə götürüb

PKK terror qruplaşmasının İran cinahı olan "Pejak" İranın Kürdistan əyalətinin Mərivan şəhərində aprelin 2-də baş vermiş teror aktının məsuliyyətini öz üzərinə götürüb. Bu barədə Trend İranın /tabnak.ir/ saytına istinadən məlumat verir.

"Mərivan şəhərində baş vermiş hadisəni biz "Pejak" üzvünün edamına cavab olaraq həyata keçirmişik. Hücum zamanı sərhəd postunu darmadağın edərək 4 odlu silah əldə etmişik", - "Pejak"ın bəyanatında deyilir.

Son bir neçə həftə ərzidə İranın Kürdistan əyalətində bir neçə terror aktı baş verib. Aprelin 2-də Mərivan şəhərində sərhəd postuna hücum edilib. Hadisə zamanı 4 nəfər həlak olub və 5 nəfər yaralanıb. Bundan öncə Sənəndəc şəhərində silahlı terror qrupu yol polisinə hücum etmişdi, nəticədə bir nəfə yol polisi yaralanmışdı.

Martın 24-də də İranın Kürdistan əyalətində terror qrupu polisə hücum etmişdi. Bu hadisədən bir saat sonra digər bir terror aktında da polisə hücum olunmuşdu. Nəticədə iki polis həlak olmuşdu, ikisi isə yaralanmışdı. Terror aktının kim tərəfindən həyata keçirildiyi hələ də məlum deyil.

Kürdistan əyalətində bundan əvvəl baş vermiş terrorlarda İran hakimiyyəti əsasən "Pejak" hərbi qruplaşmasını günahlandırıb.

PKK terror qruplaşmasının İran cinahı olan "Pejak" İranın Kürdüstan əyalətində fəaliyyət göstərir. "Pejak" qruplaşması ilə İran ordusu arasında dəfələrlə baş verən atışma zamanı xeyli sayda əsgər ölüb. Qruplaşma Kürdistanı İrandan ayırmaq məqsədi ilə yaradılıb.

Xəbər lenti

Xəbər lenti