...

Britaniyanın Tehrandakı səfirliyi fəaliyyətini bərpa edir

Dünya xəbərləri Materials 14 Aprel 2011 11:35 (UTC +04:00)
Böyük Britaniyanın Tehrandakı səfirliyi ötən gün fəaliyyətini dayandırıb. Bu barədə Trend İranın /econews.ir/ saytına istinadən məlumat verir.
Britaniyanın Tehrandakı səfirliyi fəaliyyətini bərpa edir

Böyük Britaniyanın Tehrandakı səfirliyi ötən gün fəaliyyətini dayandırıb. Bu barədə Trend İranın /econews.ir/ saytına istinadən məlumat verir.

Məlumata əsasən, çərşənbə günü səhər Britaniyanın Tehrandakı səfirliyində viza almaq üçün müraciət etmiş İran vətəndaşları ilə səfirlik əməkdaşları arasında qarşıdurma baş verib. Bundan sonra isə səfirlik öz işini dayandırıb.

Britaniyanın Tehrandakı diplomatik nümayəndəliyi rəsmi saytında bəyanat yayaraq bildirib ki, çərşənbə günü səfirliyin işi "ehtiyat üçün" və "təhlükəsizlik məsələlərinə" görə dayandırılıb.

"Ümid edirik ki, cümə axşamı səfirlik öz fəaliyyətini bərpa edəcək", - səfirliyin bəyanatında bildirilir.

Ötən aylar ərzində Böyük Britaniya rəsmilərinin İranda insan haqlarının vəziyyətini tənqid etməsi İran və Britaniya arasıdan qeyri-rəsmi şəkildə diplomatik əlaqələrin zəifləməsinə səbəb olub. Britaniyanın Tehrandakı və İranın Londondakı səfirliyi müvəqqəti işlər üzrə müvəkkil tərəfindən idarə olunur və hər iki ölkə öz səfirini qeyri-rəsmi şəkildə geri çağırıb.

Xəbər lenti

Xəbər lenti