Azərbaycan, Bakı, 26 may /Trend/
Bu gü n sə hə r İ ranı n Mazandaran ə yalə tinin Sari şəhər hə bsxanası nda 2 nə fə r edam olunub. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.
Məlumata əsasən, Mazandaran əyalət prokurorluğundan bildirilib ki, həmin şəxslər narkotik alış-verişi və istifadəsi ittihamı ilə edama məhkum olunublar.
2011-ci ilin əvvəlindən indiyədək İranda narkotik qaçaqmalçılığı və zorlama ittihamı ilə 85 nəfərdən çox şəxs edam olunub.
BMT və "Amnesty International" dəfələrlə İrandan edamların dayandırılmasını tələb edib. Hüquq müdafiəçiləri bildirirlər ki, İranda edamların sayı rəsmi statistikalardan daha çoxdur.