...

Əymən əz-Zəvahiri "Əl-Qaidə"nin yeni lideri təyin edilib

Dünya xəbərləri Materials 16 İyun 2011 12:20 (UTC +04:00)
Beynəlxalq terror təşkilatı "Əl-Qaidə" Əymən əz-Zəvahirini özünün yeni lideri təyin edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Reyter" agentliyi ərəb KİV-ə istinadən məlumat verib.
Əymən əz-Zəvahiri "Əl-Qaidə"nin yeni lideri təyin edilib

Beynəlxalq terror təşkilatı "Əl-Qaidə" Əymən əz-Zəvahirini özünün yeni lideri təyin edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Reyter" agentliyi ərəb KİV-ə istinadən məlumat verib.

"Əl-Qaidə"nin keçmiş başçısı Üsəma bin Laden mayın 2-nə keçən gecə Pakistanın paytaxtı İslamabad yaxınlığındakı Abbotabad şəhəri rayonunda ABŞ xüsusi təyinatlı qoşunu tərəfindən məhv edilib. Amerika KİV-in məlumatına görə, terrorçunu cəsədi dənizə atılıb.

Bundan əvvəl ekspertlərin əksəriyyəti məhz "Əl-Qaidə"də ikinci adam hesab edilən əz-Zəvahirinin bin Ladenin xələfi olacağını bəyan edirdilər. Lakin Üsəma bin Laden məhv edildikdən sonra "Əl-Qaidə"nin operativ qərargahı rəhbərinin "səlahiyyətlərinin müvəqqəti icraçısı" misirli Seyf əl-Ədl (Saif al-Adel) oldu. Bəzi Yaxın Şərq KİV-inin məlumatlarına görə, əz-Zəvahiri təşkilata rəhbərliyin gənc nəslin əlinə keçməsini istəyən bəzi liderlərinin narazılığı ilə üzləşmişdi.

Xəbər lenti

Xəbər lenti