...

Türkiyədə polislə PKK yaraqlıları arasında silahlı toqquşmalar davam edir

Dünya xəbərləri Materials 19 Avqust 2011 13:23 (UTC +04:00)
Bu saatlarda Türkiyənin Tunceli şəhərində polislə terrorçu Kürd Fəhlə Partiyasının (PKK) yaraqlıları arasında silahlı toqquşmalar gedir. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti yazır.
Türkiyədə polislə PKK yaraqlıları arasında silahlı toqquşmalar davam edir

Azərbaycan, Bakı, 19 avqust /Trend/

Bu saatlarda Türkiyənin Tunceli şəhərində polislə terrorçu Kürd Fəhlə Partiyasının (PKK) yaraqlıları arasında silahlı toqquşmalar gedir. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti yazır.

Polis polis məntəqəsinə hücum etməyi planlaşdıran PKK yaraqlılarının ələ keçirilməsi ilə bağlı əməliyyat aparır. Atışma dünən axşamdan başlayıb və indiyədək davam edir. Polisə kömək etmək üçün iki hərbi vertolyot göndərilib.

Dörd yaraqlının öldürüldüyü xəbər verilir.

Çərşənbə günü axşam yaraqlıların Türkiyənin cənub-şərqində həyata keçirdikləri və 9 türk hərbçisinin ölümü ilə nəticələnən hücumdan sonra Türkiyə HHQ tərəfindən İraqın şimalında kürd yaraqlılarının bazalarına iki dəfə raket bomba zərbələri endirilib.

Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən çox insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Bundan əvvəl PKK yaraqlıları Türkiyə hakimiyyətini çoxillik kürd probleminin həlli ilə bağlı konkret addımlar atılmayacağı təqdirdə silahlı qarşıdurmaların fəallaşacağı ilə hədələyirdi.

Xəbər lenti

Xəbər lenti