...

Türkiyə XİN rəhbəri NATO-nun raket əleyhinə müdafiə sistemlərinin yerləşdirilməsinin təfərrüatlarını açıqlayıb

Dünya xəbərləri Materials 4 Sentyabr 2011 11:10 (UTC +04:00)
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu NATO-nun raket əleyhinə müdafiə (RƏM) sistemlərinin yerləşdirilməsinin təfərrüatlarını açıqlayıb

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu NATO-nun raket əleyhinə müdafiə (RƏM) sistemlərinin yerləşdirilməsinin təfərrüatlarını açıqlayıb.

"Raket əleyhinə müdafiə sistemi NATO-nun layihəsidir və ayrılıqda heç bir ölkədə aid deyil. Bu layihənin hazırlanması zaman biz bununla bağlı öz narahatçılığımızı bildirdik", - Davudoğlu bildirib.

Trend-in məlumatına görə bu barədə məlumatı Türkiyənin TRT dövlət televiziya kanalı yayıb.

XİN rəhbərinin sözlərinə görə bu sistem hansısa bir ölkəyə tuşlanmamalıdır, Türkiyə isə qərar qəbul etmə prosesində aktiv rol oynamalıdır. Davudoğlu hesab edir ki, Türkiyənin ərazisində yeni radar sisteminin quraşdırılması tək NATO-nun deyil, ölkənin də müdafiə qabiliyyətini artıracaq.

ABŞ və NATO-nun yaratdığı raket hücumundan müdafiə sistemi çərçivəsində raket hücumu təhlükəsi barədə ilkin xəbərdarlıq radarı Türkiyədə yerləşdiriləcək. RƏM sistemlərinin yerləşdirilməsi barədə qərar ötən il NATO-nun Lissabonda keçirilən sammitində qəbul olunub və Türkiyə əvvəldən bu təşəbbüsün həyata keçirilməsi ilə bağlı işlərə dəstək görtərib.

Xəbər lenti

Xəbər lenti