Gürcüstan, Tiflis, 23 oktyabr /Trend, müxbir N.Kirçxaliya/
Gürcüstan hökuməti ölkənin strateji inkişaf planının hazırlanması işini başa çatdırıb. Trend-in məlumatına görə, planı Gürcüstanın Baş naziri Nika Qiluari hökumət nümayəndələri ilə müzakirə edib.
Planda 2001-2015-ci illər ərzində hökumətin qarşısında duran prioritet istiqamətlər öz əksini tapıb. Planda bütün sahələrdən, o cümlədən səhiyyə, təhsil və energetika sahələrindən bəhs olunur. Baş nazirin sözlərinə görə, plan hər altı aydan bir yenilənməlidir.
"Son bir neçə ay ərzinsə biz bu planın yenilənməsi istiqamətində iş aparmışıq. Planda bütün vacib istiqamətlər, həmçinin hazırkı qüsurlar öz əksini tapıb." - Qiluari deyib.
O, nazirlərə iki həftə ərzində rəhbərlik etdikləri qurumlarda planın təqdimatını keçirmək tapşırığı verib.