...

Türkiyədə çərşənbə günü baş verən zəlzələ nəticəsində həlak olanların sayı 40 nəfərə çatıb

Dünya xəbərləri Materials 13 Noyabr 2011 09:23 (UTC +04:00)

Türkiyənin Van əyalətində çərşənbə günü baş verən zəlzələ nəticəsində həlak olanların sayı 40 nəfərə çatıb. Trend-in məlumatına görə, bu barədə "Frans Press" agentliyi yerli icra orqanlarına istinadən xəbər verir.

Bu günədək 30 nəfərin həlak olması barədə məlumat yayılmışdı.

Çərşənbə günü axşam Türkiyənin cənub-şərqində 5,6 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 25 bina, eləcə də iki hotel dağılıb. Zəlzələ zamanı evlərin 22-də yaşayış olmayıb.

Daha çox sayda insan dördmərtəbəli "Bayram" mehmanxanasının dağılması zamanı həlak olub. Burada 70-ə yaxın adam, o cümlədən Türkiyənin Qırmızı Aypara Cəmiyyətinin nümayəndələri və jurnalistlər olub. Xilasedicilərin məlumatına görə, hotelin dağıntıları altında hələ ona yaxın adamın, o cümlədən Türkiyənin "Doğan" İnformasiya Agentliyinin iki reportyoru qalır.

Zəlzələnin baş verdiyi yerdə xilasetmə işləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti