...

İran növbəti hərbi-dəniz təlimlərinin keçirilməsini planlaşdırır

Dünya xəbərləri Materials 6 Yanvar 2012 11:37 (UTC +04:00)
İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) 2012-ci ilin fevralında növbəti hərbi-dəniz təlimlərinin keçirilməsini planlaşdırır.
İran növbəti hərbi-dəniz təlimlərinin keçirilməsini planlaşdırır

Azərbaycan, Bakı, 6 yanvar / Trend, müxbir E.Tariverdiyeva, T.Cəfərov /

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) 2012-ci ilin fevralında növbəti hərbi-dəniz təlimlərinin keçirilməsini planlaşdırır. Bunu ölkənin Hərbi Dəniz Donanmasının komandanı, admiral Əli Fədəvi bildirib. Trend-in məlumatına görə, bu barədə FARS informasiya agentliyi xəbər yayıb.

Fədəvinin sözlərinə görə, "VII Böyük Peyğəmbər" şərti adı altında manevrlər Fars körfəzi rayonunda və Hörmüz boğazında keçiriləcək.

"VII Böyük Peyğəmbər" hərbi təlimləri son yeddi il ərzində hər il keçirilir. Sonuncu dəfə belə təlimlər 2011-ci ilin iyun-iyulunda keçirilib.

Tehranın bəyanatına görə, təlimlər sırf ölkənin müdafiə qabiliyyətinin nümayişi və "sülh və dostluq" şüarı altında keçiriləcək.

Qarşıdakı "VII Böyük Peyğəmbər" manevrlərindən danışarkən Fədəvi qeyd edib ki, "təlimlər İİKK-nın gücünün nümayiş etdilməsi məqsədi daşıyır. O, həmçinin əlavə edib ki, "bu manevrlər İranın əvvəllər keçirdiyi manevrlərdən fərqlənəcək".

Tehran İran üçün xarici təhlükənin yalnız ABŞ və İsraildən gəldiyini, İran raketlərinin Avropa üçün heç bir təhlükə törətmədiyini bəyan edir. Bununla yanaşı, qeyd olunur ki, İranın Avropaya çata biləcək raketlər yaratmaq üçün texniki imkanları var.

Xəbər lenti

Xəbər lenti