...

AŞPA sədri kimi gördüyüm işlərdən heç də məyus deyiləm - Mevlut Çavuşoğlu

Dünya xəbərləri Materials 24 Yanvar 2012 04:39 (UTC +04:00)

Fransa, Strasburq, 24 yanvar/ Trend, müxbir A. Məhərrəmli/

"AŞPA sədri kimi gördüyüm işlərdən heç də məyus deyiləm". Bu fikirləri bazar ertəsi Trend-ə açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) səlahiyyət müddəti başa çatan sədri Mevlut Çavuşoğlu deyib.

Çavuşoğlu mandatı dövründə çətinliklər olduğunu, amma bunun öhdəsindən gəldiyini bildirib.

"Əlbəttə ki, mandatın sonunda hər insan özünə gördüyü işlərlə bağlı hesabat verir. Düşünürəm ki, birlikdə çox işlər görməyə nail olduq. Mandatım müddətində əlimdən gələn hər şeyi etdim. AŞPA sədri kimi 90 rəsmi və ya işgüzar səfər həyata keçirdim. Bəzən öz ailə həyatımı bu işə qurban verdim, çünki səfərlərlə bağlı ölkəmdən kənarda çox vaxt keçirirdim. Amma sevindiyim bir şey var. Bu da Avropa Şurasında qurumlar arasında artıq böhranın olmamasıdır. Parlament diplomatiyasından hər kəs xeyir gördü. Bundan əlavə, Avropada insan haqlarının müdaifəsini təmin edən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin islahatlarını dəstəkləyirəm. Əlbəttə ki, vəzifənin icrası ilə bağlı əlavə istəklər ola bilər. AŞPA sədri kimi gördüyüm işlərdən heç də məyus deyiləm. Bəzən çətin anlar, çətin məqamlar oldu. Amma insan dürüst olduqda, bu çətinlikləri ram etməyə qadir olur", - Çavuşoğlu deyib.

Xəbər lenti

Xəbər lenti