...

Türkiyə Suriyada artan zorakılıqdan narahatdır - XİN

Dünya xəbərləri Materials 2 Fevral 2012 13:12 (UTC +04:00)
Türkiyə Suriyada artan zorakılıqdan və ölkədəki iğtişaşlarda qurbanların sayının artmasından narahatdır. Trend-in "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Türkiyə Suriyada artan zorakılıqdan narahatdır - XİN

Azərbaycan, Bakı, 2 fevral /Trend müxbir A. Tağıyeva/

Türkiyə Suriyada artan zorakılıqdan və ölkədəki iğtişaşlarda qurbanların sayının artmasından narahatdır. Trend-in "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd edilir ki, Suriyanın bütün siyasi gücləri dərhal qan tökülməsini dayandırmalı və danışıqlara başlamalıdır.

Suriya 9 aydır ki, getdikcə zorakılıq xarakteri alan hökumət əleyhinə aksiyalar şəraitində yaşayır. Gündəlik olaraq həm dinc, həm də güc strukturları arasında ölüm halları haqqında məlumatlar daxil olur. BMT-nin məlumatına görə, həlak olanların sayı 5 min nəfəri ötüb. Suriya hakimiyyəti isə hər iki tərəfdən 2 mindən artıq insanın, o cümlədən 1,1 min nəfərdən çox güc strukturları əməkdaşlarının həlak olduğunu bəyan edir. Onlar bunun təqsirini xaricdən dəstək alan silahlılarda görürlər.

Xəbər lenti

Xəbər lenti