...

Qarabağ məsələsində qaliblər və məğlublar yoxdur – Ceyms Appaturay

Dünya xəbərləri Materials 14 Fevral 2012 14:17 (UTC +04:00)
Qarabağ məsələsində qaliblər və məğlublar yoxdur. Bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Ermənistan İctimai Televiziyasının "Birinci informasiya" xəbərlər xidmətinin "Müsahibə" ("Artzasruys") verilişində bəyan edib.
Qarabağ məsələsində qaliblər və məğlublar yoxdur – Ceyms Appaturay

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Qarabağ məsələsində qaliblər və məğlublar yoxdur. Bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Ermənistan İctimai Televiziyasının "Birinci informasiya" xəbərlər xidmətinin "Müsahibə" ("Artzasruys") verilişində bəyan edib. Trend-in məlumatına görə, bu barədə Tert.am yazır.

O həmçinin qeyd edib ki, Qarabağ məsələsinin dinc yolla nizamlanmasının yeganə formatı ATƏT-in Minsk qrupudur. Xüsusi nümayəndə NATO üzvü olan 28 ölkənin MQ prosesinə dəstək göstərdiyini əlavə edib.

"Reallıq belədir: Qarabağ məsələsində udanlar və uduzanlar olmayacaq. Bu, müttəfiqlərin birgə fikridir. Tərəflərin hamısı bütün - iqtisadi, hərbi, siyasi sahələrdə əziyyət çəkirlər. İrəliyə hərəkətin yeganə yolu danışıqlardır", - Appaturay deyib.

Onun sözlərinə görə, yeganə çərçivə MQ-dir: "Bu səbəbdən müttəfiqlər hər iki münaqişə edən tərəfə münasib olan qarşılıqlı razılaşdırılmış həllə nail olmaq üçün Ermənistana və Azərbaycana kömək etmək istəyirlər".

Xəbər lenti

Xəbər lenti