...

Türkiyənin ilk pilotsuz təyyarəsi iyunda istismara veriləcək

Dünya xəbərləri Materials 30 Mart 2012 13:27 (UTC +04:00)
Türkiyənin öz istehsalı olan ilk pilotsuz kəşfiyyat uçuş aparatı ANKA və hücum vertolyotu "Atak" bu ilin iyununda istismara veriləcək.
Türkiyənin ilk pilotsuz təyyarəsi iyunda istismara veriləcək

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin öz istehsalı olan ilk pilotsuz kəşfiyyat uçuş aparatı ANKA və hücum vertolyotu "Atak" bu ilin iyununda istismara veriləcək. Trend-in "Milliyət" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə cümə günü müdafiə sənayesi nazirinin müavini Murad Bayar bildirib.

Bayarın sözlərinə görə, ANKA pilotsuz təyyarəsi bir neçə test uçuşları həyata keçirib və heç bir problem aşkar edilməyib.

"Türkiyə Silahlı Qüvvələri artıq yerli istehsal olan əlavə 10 pilotsuz təyyarə sifariş verib", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti