...

Suriya ordusu Türkiyə sərhədlərini atəşə tutmaqda davam edir

Dünya xəbərləri Materials 11 Aprel 2012 10:43 (UTC +04:00)
Suriya ordusu Türkiyənin suriyalı qaçqınların düşərgələri yaxınlığında yerləşən sərhədlərini atəşə tutmaqda davam edir. Trend-in məlumatına görə, bu barədə "TRT Haber" telekanalı məlumat verir.
Suriya ordusu Türkiyə sərhədlərini atəşə tutmaqda davam edir

Azərbaycan, Bakı, 11 aprel / Trend, müxbir A.Tağıyeva /

Suriya ordusu Türkiyənin suriyalı qaçqınların düşərgələri yaxınlığında yerləşən sərhədlərini atəşə tutmaqda davam edir. Trend-in məlumatına görə, bu barədə "TRT Haber" telekanalı məlumat verir.

Bu anadək həlak olan və ya yaralananlar barədə məlumat daxil olmayıb.

Bazar ertəsi Suriya ordusu Türkiyəyə qaçmaq istəyən müxalifətçilərə atəş açıb. İki ölkənin sərhədində baş vermiş insident nəticəsində iki Suriya vətəndaşı öldürülüb, 11 nəfər, o cümlədən bir Türkiyə vətəndaşı yaralanıb.

Buna cavab olaraq Baş nazir Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Ankara belə hərəkətlərə müvafiq şəkildə cavab verəcək. Sərhəddə baş verən insidentə görə xarici işlər naziri Əhməd Davudoğlu Çinə səfərini yarımçıq qoyaraq Türkiyəyə qayıdıb.

Xəbər lenti

Xəbər lenti