...

Gürcüstanda milli azlıqlar üçün vergi məlumat kitabı təqdim ediləcək

Dünya xəbərləri Materials 23 Aprel 2012 10:12 (UTC +04:00)
Gürcüstanın İqtisadi Siyasət Araşdırmalar Mərkəzi və ABŞ səfirliyi bazar ertəsi "Etnik azlıqlar üçün Gürcüstanın yeni Vergi Məcəlləsinin qısa izahı" adlı məlumat kitabının təqdimatını keçirəcək.
Gürcüstanda milli azlıqlar üçün vergi məlumat kitabı təqdim ediləcək

Gürcüstan, Tbilisi, 23 aprel / Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın İqtisadi Siyasət Araşdırmalar Mərkəzi və ABŞ səfirliyi bazar ertəsi "Etnik azlıqlar üçün Gürcüstanın yeni Vergi Məcəlləsinin qısa izahı" adlı məlumat kitabının təqdimatını keçirəcək.

Trend-in məlumatına görə, kitabın rus-erməni və rus-Azərbaycan variantları da nəşr olunub və gürcü dilinə tam yiyələnməmiş sahibkarlara böyük kömək göstərəcək.

Ötən ilin iyulunda İqtisadi Siyasət Araşdırmalar Mərkəzi ABŞ səfirliyinin yardımı ilə "Etnik azlıqlar üçün Gürcüstanın yeni Vergi Məcəlləsi" layihəsini həyata keçirib. Layihə çərçivəsində Gürcüstanın müxtəlif şəhərlərində, o cümlədən Axalsix, Qardabani və Marneulidə intensiv treninqlər keçirilib. Həmin treninqlərdə ümumilikdə, kiçik və orta biznesin yüzdən artıq nümayəndəsi iştirak edib.

Xəbər lenti

Xəbər lenti