...

Əhməd Davudoğlu: Türkiyənin üçündən başqa bütün qonşuları ilə münasibətləri yaxşıdır

Dünya xəbərləri Materials 23 Aprel 2012 12:46 (UTC +04:00)
Türkiyənin "qonşularla sıfır problem" prinsipinə əsaslanan xarici siyasəti müsbət nəticələrini verir və Ankara üçü istisna olmaqla, qonşuları ilə yaxşı münasibətlərə malikdir.
Əhməd Davudoğlu: Türkiyənin üçündən başqa bütün qonşuları ilə münasibətləri yaxşıdır

Azərbaycan, Bakı, 23 aprel / Trend, müxbir A.Tağıyeva/

Türkiyənin "qonşularla sıfır problem" prinsipinə əsaslanan xarici siyasəti müsbət nəticələrini verir və Ankara üçü istisna olmaqla, qonşuları ilə yaxşı münasibətlərə malikdir. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib. Trend-in məlumatına görə, xəbəri "Milliyət" qəzeti yayıb.

O, Azərbaycan, Gürcüstan, Rusiya və Ukrayna ilə münasibətlərin inkişafını xüsusi qeyd edib. Türkiyə Ermənistan, İsrail və Suriya kimi qonşu ölkələrlə pis münasibətlərə malikdir. Onun sözlərinə görə, bu ölkələrin siyasəti həm öz xalqlarına, həm də başqa xalqlara qarşı cinayətlərlə xarakterizə olunur.

"Ermənistan, İsrail və Suriya razılaşmağın çətin olduğu ölkədir. Türkiyəyə onlarla sabit münasibətləri saxlamaq çətindir", - Davudoğlu deyib.

Xəbər lenti

Xəbər lenti