...

İran qaraciyərin bədxassəli şişlərinin müalicəsi üçün preparatın istehsalına başlayıb

Dünya xəbərləri Materials 3 May 2012 11:59 (UTC +04:00)
İran qaraciyərin bədxassəli şişlərinin müalicəsi üçün nəzərdə tutulan preparatın istehsalına başlayıb.
İran qaraciyərin bədxassəli şişlərinin müalicəsi üçün preparatın istehsalına başlayıb

Azərbaycan, Bakı, 3 may /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov /

İran qaraciyərin bədxassəli şişlərinin müalicəsi üçün nəzərdə tutulan preparatın istehsalına başlayıb. Trend-in məlumatına görə, bu barədə "Keyhan" qəzeti xəbər verir.

Qaraciyərin bədxassəli şişlərinə digərlərinə nisbətən az təsadüf olunur, lakin adətən cərrahi müdaxilədən kimya və şüa terapiyasına qədər daha aqressiv müalicə tələb edir. Qaraciyərin daha geniş yayılmış iki bədxassəli şiş növləri hepatoblastoma və hepatosellülyar kartsionomadır.

İranın Rajaie ürək-damar xəstəliklərini araşdırma Mərkəzi Nüvə Tədqiqatalrı İnstitutu ilə birgə heyvanlarda qaraciyərin bədxassəli şişlərinin müalicəsinin yeni texnologiyasını uğurla sınaqdan keçirib və gələn il onun insanlar üzərində sınaqdan keçirilməsini planlaşdırır.

Qəzetin məlumatına görə, bu müalicə metodu arteriya vasitəsilə şişlərin nüvəsinə daxil olan yeni radio əczaçılıq preparatlarından istifadəni tələb edir. Qəzet yazır ki, bu metodikanın tətbiqi pasiyentin həkimə çoxsaylı müraciət etmək zərurətini aradan qaldırır.

Xəbər lenti

Xəbər lenti