Azərbaycan, Bakı, 7 may /Trend/
İqtidar Ermənistan Respublika partiyası bu ölkədə bazar günü keçirilən parlament seçkilərində 68,85% səs yığaraq birinci yerdədir.
Ermənistan MSK-sının açıqladığı ilkin nəticələrə görə, "Çiçəklənən Ermənistan" partiyası 16.29%, "Daşnaktsutyun" partiyası 7,65%, "Orinats Yerkir" 3,27%, Erməni Milli Konqresi seçki bloku 1,63%, "İrs" partiyası 1,38% səs yığıb.
Məlumata görə, seçkilərdə 1.572.518 nəfər səs verib ki, bu da seçicilərin 62,33 faizini təşkil edib.
Ermənistanın seçki məcəlləsinə əsasən, parlamentə keçmək üçün partiyalar ən azı 5 faiz səs, seçki blokları isə 7 faiz səs yığmalıdır.
Seçkilərdə cəmi səkkiz partiya və bir seçki bloku iştirak edib.