Türkmənistan, Aşqabad, 30 may / Trend, müxbir H.Həsənov/
Çərşənbə günü Türkmənistan paytaxtında MDB hökumət başçıları Şurasının iclası öz işinə başlayıb. İclasda birləşdirilmiş əməkdaşlığın müxtəlif istiqamətləri üzrə 30 sənəd layihəsinə baxılacağı güman edilir. Trend-in məlumatına görə, bu barədə rəsmi türkmən mənbələri xəbər verir.
Baxılan məsələlərin siyahısında habelə "MDB iştirakçısı olan dövlətlərin maliyyə xidmətləri bazarlarının liberallaşdırılması konsepsiyası haqqında" və "Birləşdirilmiş valyuta bazarının təşkili sahəsində əməkdaşlıq haqqında saziş layihəsi haqqında" qanun layihələri də var.
Sonuncu hər bir tərəfin başqa tərəfin valyuta əməliyyatlarının həyata keçirilməsi hüququna malik rezident-banklarını banklararası konversiya əməliyyatlarının keçirilməsi üçün öz milli valyuta bazarına girişini daha az qeyri-əlverişli şərtlərlə təmin edilməsini nəzərdə tutur.
Bundan başqa, iclasda 1998-ci il 25 noyabrda imzalanan "Dövlətlərin elektrik enerjisi sistemlərinin paralel işinin təminatı haqqında Müqavilə"yə dəyişikliklərin edilməsi haqqında Protokol təqdim ediləcək.
MDB iştiraçısı olan dövlətlərin Turizm Şurası haqqında sazişə baxılacaq.
İclasda həmçinin MDB orqanlarının vahid büdcəsindən maliyyələşdirilən Birliyin orqanlarının 2011-ci ildə keçirilən maliyyə-təsərrüfat fəaliyyətinin sənədli yoxlamalarının nəticələri, MDB orqanlarının maliyyələşdirilməsi qaydalarını tənzimləyən MDB-nin normativ-hüquq aktlarına dəyişikliklərin edilməsi haqqında qərarların layihələrinə baxılması nəzərdə tutulur.
Türkmənistan 2012-ci ildə MDB-yə sədrlik edən ölkə kimi bu forumu yüksək səviyyədə qəbul edir.