...

Pan Gi Mun: Suriyada baş verənlər dinlərarası müharibə deyil, rejimin hakimiyyəti saxlamaq cəhdidir

Dünya xəbərləri Materials 31 May 2012 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir A.Tağıyeva /

Suriya rejimi hakimiyyəti öz əlində saxlamağa cəhd göstərir və bu, minlərlə adamın ölümünə gətirib çıxarır. Bu barədə cümə axşamı BMT-nin baş katibi Pan Gi Mun Sivilizasiyalar alyansının konfransının açılışında bəyan edib. Trend-in məlumatına görə, bu barədə TRT Haber telekanalı xəbər verir.

"Suriyada baş verənlər dinlərarası müharibə deyil, Prezident Əsəd rejiminin hakimiyyəti öz əlində saxlamaq cəhdidir", - Pan Gi Mun deyib.

O yenidən Suriya Prezidentini ölkədə zorakılığı dayandırmağa və Annan planının yerinə yetirilməsinə başlamağa çağırıb.

Pan Gi Mun habelə qeyd edib ki, Suriyada böhranın həll olunması üçün ilk növbədə siyasi üsullara baxılmalıdır.

Xəbər lenti

Xəbər lenti