...

Azad Suriya Ordusu Latakiya şəhərinin bir hissəsinə nəzarəti ələ keçirib

Dünya xəbərləri Materials 2 Avqust 2012 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir A.Tağıyeva/

Azad Suriya Ordusu bəyan edib ki, Latakiya şəhərinin bir hissəsinə, xüsusən türkmənlərin yaşadığı məhəllələrə nəzarət edir. Bu barədə Trend cümə axşamı Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumat verir.

Azad Suriya Ordusunun komandiri Məhəmməd İvad bildirib ki, şəhərdə saatlarla davam edən atışmada təhlükəsizlik işləri üzrə hökumət qoşunlarının komandiri öldürülüb. Nəticədə şəhərin bir hissəsi üsyançıların nəzarətinə keçib.

Xəbər lenti

Xəbər lenti